Rusiyanın itkiləri açıqlandı - 142-ci gün...

Rusiyanın itkiləri açıqlandı -  142-ci gün... backend

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 000 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 672 tank, 3 866 zirehli döyüş maşını, 842 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 681 PUA, 155 qanadlı raket, 15 gəmi, 2 731 avtomobil texnikası və avtosistern, 67 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ən böyük itkiləri Kramatorsk şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

loading...
Diaspora