Ukrayna niyə ölən hərbçilərin sayını açıqlamır?

Ukrayna niyə ölən hərbçilərin sayını açıqlamır? backend

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ölən hərbçilərinin dəqiq sayının nə üçün hələ də açıqlanmadığını izah edib.

Bu barədə o, Feysbuk səhifəsində yazıb.

“Biz rəqəmləri açıqlaya bilmərik. Lakin bu məsələ araşdırılır. Sadə deyil. İnsanlar iztirab çəkib. Ailələrdə vəziyyət müxtəlifdir. Biz formal prosedurla yanaşı, məsələyə insani baxımdan da yanaşırıq.

Ölənlərin ümumi sayı niyə hələ də rəsmi olaraq açıqlanmır? Bu, hərbi vəziyyət zamanı hərbi zərurətdən irəli gəlir.

Bu, düşmənin bilməməli olduğu məlumatdır, çünki hərbi mütəxəssislər bu məlumatlardan çoxlu nəticələr çıxara, təhlil və planlaşdırma üçün istifadə edə bilərlər.

Odur ki, hərbi vəziyyət bitənə qədər bu məlumat qapalıdır və dərc olunmur”, - deyə o bildirib.

Axar.az

loading...
Diaspora