İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul etməyib.
“Report”un məlumatına görə, bu barədə “Ansa” agentliyi məlumat yayıb.
İndi Prezidentin qərarı ilə İtaliya parlamenti səsvermə keçirməli olacaq ki, bu da Draqi hökumətinin deputatların əksəriyyətinin dəstəyini alıb-almadığını göstərəcək.
Səsvermə çərşənbə günü keçirilə bilər.