Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.
Qaziler.az UNIAN-a istinadla xəbər verir ki, iyulun 15-i Vinnitsa şəhəri və daxil olduğu vilayətdə bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.
Qeyd edək ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində 21 nəfər ölüb, 52 nəfər isə hospitala yerləşdirilib, 46 nəfərin axtarışı isə davam edir. Hücum nəticəsində 55 yaşıyış binasına və 40 avtomobilə ziyan dəyib.