Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub - ölənlər var - FOTO

Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub - ölənlər var - FOTO backend

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 21 nəfərə çatıb. 

“RBK Ukraine” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi başçısının müavini Kirill Timoşenko məlumat verib. 

Onun sözlərinə görə, ölənlərdən 3-ü uşaqdır.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildirilib ki, 52 nəfər hospitala yerləşdirilib, onların 34-nün vəziyyəti ağırdır.

Hücum nəticəsində 55 yaşayış binasına və 40 avtomobilə ziyan dəyib.

Xilasedicilərin sözlərinə görə, 46 nəfərin axtarışı davam edir. Bildirilib ki, 115 yaralı hospitala müraciət edib. 

Vurğulanıb ki, “Kalibr” qanadlı raketləri Rusiya hərbçiləri Ukraynanın Jitomir şəhərinə atmaq istəyib, ancaq sonradan raketlər istiqamətini dəyişib.

loading...
Diaspora