Bayden İsraildə Holokostu “şərəfli” hadisə adlandırdı - VİDEO

Bayden İsraildə Holokostu “şərəfli” hadisə adlandırdı - VİDEO backend

İsraildə səfərdə olan ABŞ prezidenti Co Bayden Tel-Əvivdəki çıxışında Holokostla bağlı yanlışlığa yol verib.

O, şərəf və dəhşət sözlərini qarışdırıb.

“Mən Holokostun həqiqətini və şərəfini yaddaşımda saxlamağa davam edirəm...” – deyə dövlət başçısı bəyan edib və dərhal da “Holokostun dəhşətləri”ni deyərək öz səhvini düzəldib.

Qeyd edək ki, iyulun 13-dən 16-dək Bayden Yaxın Şərq turu çərçivəsində İsrail, İordan çayının qərb sahili və Səudiyyə Ərəbistanına səfər edəcək. (oxu.az)

 

Diaspora