İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə Nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyətləri arasında taxıl dəhlizinə dair danışıqlar başa çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
***
Türkiyə, Ukrayna, Rusiya hərbçilərindən ibarət nümayəndə heyətlərinin, eləcə BMT nümayəndələrinin Ukrayna limanlarında qalan taxıl ehtiyatlarının dəniz yolu ilə təhlükəsiz nəqli məsələlərinin müzakirəsi İstanbulun Kalender qəsrində keçirilir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edək ki, görüş bağlı qapılar arxasında davam edir. Görüşün yekunu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatı gözlənilir.
Xatırladaq ki, Ukrayna taxılının nəqli məsələsi ilə bağlı üçtərəfli görüşün keçiriləcəyini ötən gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar elan etmişdi.
***
15.32
İstanbulda Türkiyə, Ukrayna, Rusiya hərbçilərindən ibarət nümayəndə heyətlərinin Ukrayna limanlarında qalan taxıl ehtiyatlarının dəniz yolu ilə təhlükəsiz nəqli məsələlərinin müzakirə olunduğu görüş başlayıb.
Trend-in məlumatına görə, görüş bağlı qapılar arxasında keçirilir.
Üçtərəfli görüşün gündəliyi barədə məlumat verilməyib. Görüşün yekunu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatı gözlənilir.
Qeyd edək ki, Ukrayna taxılının nəqli məsələsi ilə bağlı üçtərəfli görüşün keçiriləcəyini ötən gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar elan etmişdi.
