Şri-Lankada fövqəladə vəziyyət elan edilib

Şri-Lankada fövqəladə vəziyyət elan edilib backend

Şri-Lankanın baş naziri Ranil Vikramasinqhe paytaxt Kolombo və şəhərin daxil olduğu Qərb əyalətində komendant saatı, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirin qərarında deyilir.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına iğtişaş törədən şəxsləri saxlamaq tapşırığı verilib.

Eyni zamanda ölkədə iqtisadi böhranla əlaqədar etirazları davam etdirən sakinlər baş nazirin ofisinə soxulmağa çalışıb.

Bu gün, həmçinin Şri-Lanka prezidenti Qotabaya Racapaksanın istefa verəcəyi gözlənilir.

Diaspora