Son sutkada 100 rusiyalı hərbçi məhv edilib - Ukraynadakı müharibə 140-cı gündə...

Son sutkada 100 rusiyalı hərbçi məhv edilib - Ukraynadakı müharibə 140-cı gündə... backend

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 570 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində isə 100 rusiyalı hərbçini məhv edib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 649 tank, 3 832 zirehli döyüş maşını, 839 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 678 PUA, 155 qanadlı raket, 15 gəmi, 2 704 avtomobil texnikası və avtosistern, 67 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ən böyük itkiləri Nikolayev vilayəti istiqamətində verib.

Ukrayna Silahlı Qüvvələrinin hücum təyyarələri Rusiya Silahlı Qüvvələrinin Nikolayev vilayətində, Sniqirevka və Lyubimovka ərazilərindəki silah-sursat anbarlarına üç hava zərbəsi endirib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

loading...
Diaspora