Şri-Lanka Prezidenti ölkəsini tərk edib

Şri-Lanka Prezidenti ölkəsini tərk edib backend

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa ölkəsini tərk edib.

Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Bildirilib ki, o, "An-32" təyyarəsi ilə ailəsi ilə birgə Maldiv adalarına yola düşüb.

Xatırladaq ki, iyulun 9-da minlərlə etirazçı Şri-Lankanın paytaxtı Kolombo küçələrinə çıxaraq hazırkı dövlət başçısının istefasını tələb edib. Onlar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçiriblər. Yüzdən çox insan yaralanıb. Bundan sonra Şri-Lanka Prezidenti Qotabai Rajapaksa vəzifəsini tərk edəcəyini açıqlayıb.

Dünən Qotabaya Rajapaksa 13 iyul tarixli istefa məktubunu imzalayıb.

Diaspora