Ermitaj kitabxanasının beşinci mərtəbəsində yerləşən kitab anbarının növbəti yoxlanışı zamanı nəşrlər içərisindən bir sıra şəkillər, illüstrasiyalar, qravyürlər oğurlanıb. Bu barədə Qazilər.az saytı “Fontanka.ru” ya istinadən xəbər verir.
“Kitabxananın əməkdaşı kitabxana kitablarından çıxarılmış reproduksiyaları, qravyürləri və şəkilləri bukinist mağazasına satıb. Bunlardan əksəriyyəti artıq müəyyən edilərək geri qaytarılıb.” Bu, muzeyin direktoru Mixail Piotrovskinin imzası ilə tərtib edilmiş relizdə qeyd edilib.Xatırladaq ki, fevralın 13-də Ermitajdan XVII əsrə aid qravürün oğurlanması ilə bağlı elmi kitabxananın əməkdaşı həbs edilmişdi. O iki aylığa həbs edilmişdi.