"Rusiyalı məhkumlar Ukraynada oğurluğa və döyüşməyə yollanır..."

"Rusiyalı məhkumlar Ukraynada oğurluğa və döyüşməyə yollanır..." backend

"Məhbusların toplanışı "Vaqner" özəl hərbi şirkətinin hazırlıq bazasının yerləşdiyi hərbi poliqonda keçirilir"

"Rusiya SQ Baş Qərargahı Ukraynaya qarşı müharibəyə iki aya 10 min könüllü məhbus cəlb edəcək"

 

Rusiya həbsxanalarında Ukraynaya qarşı müharibəyə göndərilməsi üçün məhkumlar seçilir. Bunu Rusiyada azadlıqdan məhrum edilmə yerlərindən çəkilən videokadrlar sübüt edir.

 

Moderator.az xəbər verir ki, bu barədə jurnalist Nazar Prixodko özünün "Telegram-kanal"ında məlumat yayıb.

 

"Məlum olduğu kimi, 10 min məhbusun sonradan amnistiya verilməklə səfərbərliyi barədə vəzifə qoyulub. "Ağır" cinayətkarlara üstünlük verilir. Bu da sizə cəza taborları. Rusiyada yeni heç nə olmayıb və olmayacaq", - jurnalist belə yazıb.

 

Videokadrlarda penitensiar müəssisənin qarşısına toplanan məhbusları görmək olar. Kadr arxasında bir nəfərin səsi eşidilir və o, deyir ki, bir çox məhbus Ukraynaya göndəriləcək-ya oğurluğa, ya da döyüşməyə".

 

Rusiyada məhbusların Rusiya-Ukrayna müharibəsinə göndərilməsi üçün özəl hərbi şirkətlərə cəlb edilməsi barədə Ukrayna müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib.

 

Bu, Rusiya ordusunun çoxsaylı itkiləri və onun sıralarına daxil olmağı arzulayanların qıtlığı ilə əlaqədardır.

 

İdarədə deyiblər ki, toplanış Krasnodar diyarının Molkino xutoru yaxınlığında, "Vaqner" özəl hərbi şirkətinin hazırlıq bazasının yerləşdiyi hərbi poliqonda baş verir.

 

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, məhkumların seçimi Rostovun, Sankt-Peterburqun və Nijni Novqorodun azadlıqdan mərhumetmə yerlərində və Adıgey Respublikasında aparılır. 

 

Bundan başqa, insanın hansı maddə üzrə məhkum edilməsinin, hətta bu, qətl və ya başqa ağır cinayət olsa belə, guya, əhəmiyyəti yoxdur.

 

Ukraynada hərbi əməliyyatlarda iştirak edəcək məhbuslara tam amnistiya vəd edilib.

 

Cəbhədə məhbuslar onların sosial ststusunu göstərən xüsusi şevron gəzdirəcək. Onlara sensor telefonlar gəzdirmək qadağan edilib, yalnız köhnə, düyməli telefonlardan istifadə etmək olar.

 

Ukrayna kəşfiyyatı bəyan edir ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən iki ay ərzində 10 min könüllünün Ukraynaya qarşı müharibəyə cəlb edilməsi planlaşdırılıb.

 

Bundan sonra onlar Donbasa göndəriləcək. Əsas vəzifələri İzyum-Slavyansk-Bahmut istiqamətindəki yola nəzarət etmək olacaq.

Diaspora