Avropa İttifaqı (Aİ) Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə əlavə 4,25 milyon avro ayırır.
Apa-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında bildirib.
“Şadam ki, Aİ ən böyük donor olaraq “ANAMA-nın imkanlarının inkişaf etdirilməsi yolu ilə qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi” layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon avro ayırır”, - deyə Klaar paylaşımında qeyd edib.