"Baş nazir postu uğrunda gərgin mübarizə gedir" - Boris Conson

"Baş nazir postu uğrunda gərgin mübarizə gedir" - Boris Conson backend

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ölkəsində hökumət başçısı postu uğrunda başlanmış seçki kampaniyasından danışıb.

“Report” xəbər verir ki, o, hazırda gərgin mübarizənin getdiyi bildirib.

“Bütün bunlar haqqında daha çox danışmaq istəmirəm. Çünki kiminsə şansına mane olmaq istəməzdim”, - B.Conson deyib.

O, həmçinin davamçısının kim olacağı ilə maraqlanmadığını söyləyib: “Bu, indiki məqamda mənim işim deyil. Mən bilirəm ki, bu vəzifəyə gəlməyindən, nə baş verməsindən asılı olmayaraq, davam etdiriləcək böyük bir gündəm var”.

Qeyd edək ki, B.Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni Baş nazir seçilənədək bu postu müvəqqəti icra edəcək.

Xatırladaq ki, bu vəzifəyə ən real namizədlərdən biri xarici işər naziri Liz Trasdır. O, qalib gələcəyi təqdiqdə Rusiyanın məğlubiyyətini təmin edəcəyini açıqlayıb.

loading...
Diaspora