Fəthullahçı terror təşkilatının (FETÖ) lideri Fəthullah Gülən xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə FETÖ-nün internet saytında məlumat verilib.
Gülənin təbliğatının aparıldığı herkul.org saytı onun xəstəxanada olduğunu təsdiqləyib.
FETÖ-nün rəhbər heyəti Gülən üçün dualar istəyib.
Türkiyə mətbuatı Gülənin durumunun ağır olduğunu yazıb.
 
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
