PKK 6 mindən çox türkü öldürüb - Statistika

PKK 6 mindən çox türkü öldürüb - Statistika backend

15 avqust 1984-cü ildən bu günə qədər PKK terror təşkilatının Türkiyədə həyata keçirdiyi 83 500 terror aktında 6 741 sıravi vətəndaş həyatını itirib, 14 257-si isə yaralanıb.



Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölənlərin içərisində qadın və uşaqların sayı üstünlük təşkil edir.

31 il ərzində terrorçuların əsgər, zabit və polislərə etdiyi hücumlarda 7 230 hüquq mühafizə orqanlarının işçisi şəhid olub. Onlardan 466 nəfəri kənd mühafizəçisi olub. 21 128 hüquq mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Bu illlər ərzində terroçulara qarşı keçirlən əməliyyatda 22 374 terrorçu öldürülüb, 1 480-i isə yaralı olaraq ələ keçirilib.

10 ayda 60 nəfər

31 il rzində terroçulara qarşı keçirilən əməliyyatlar zamanı 48 min 435 ədəd iriçaplı silah və ağır texnika, 79 min 864 əl qumbarası, 43 min 120 tapança və 5 milyon 562 döyüş gülləsi götürülüb. Məlumatda deyilir ki, ölkədə son 10 ay ərzində terroçular tərəfindən həyata keçirlən terror aktları nəticəsində 62 vətəndaş həyatını itirib. Anoloji dövrdə terrorçular müxtəlif təyinatlı 882 iş yerini hədəfə alıb.
Diaspora