Yelena Zelenskaya: “Telefonda şam yeməyi” təşkil edirlər

Yelena Zelenskaya: “Telefonda şam yeməyi” təşkil edirlər backend

Fevralın 24-dən bəri Yelena Zelenskaya əri, Ukrayna prezidenti Volodimir Zelenskini cəmi bir neçə dəfə görüb.

Bu barədə birinci xanım TSN-ə müsahibəsində danışıb.

“Telefonda şam yeməyi” təşkil edirlər, amma bu, kifayət etmir. Onlar təhlükəsizlik səbəbi ilə bir-birlərini görə bilmirlər.

"Mən, indi ayrılan qadın və kişiləri başa düşürəm. Hamı narahatdır: həm o, həm də uşaqlar. Əlaqə kifayət deyil. Təbii ki, telefonla danışa bilərsiniz və biz bunu hər gün edirik" Zelenskaya bildirib.

O əlavə edib ki, uşaqlar ataları üçün darıxırlar. Eyni zamanda, o, ümid edir ki, onların psixikası baş verən hər şeyə tab gətirə biləcək və müharibə səbəbindən ciddi nəticələr olmayacaq.

"Oğlanın oynaması üçün ata lazımdır. Qızımın işlərindən, gələcək planlarından danışmağa ehtiyacı var. Təəssüf ki, belə deyil. Ümid edirik ki, bu dövrü psixikalarında dəyişiklik olmadan keçirəcəklər” - deyə birinci xanım əlavə edib.

APA

loading...
Diaspora