1922-ci ildə Türkiyə milli ordusunun qazandığı rəşadətə görə təsis olunmuş Zəfər bayramı – Türk Silahlı Qüvvələri günü münasibətilə keçiriləcək bayram mərasimlərində musiqi səsləndirilməsi olmayacaq.
Anadolu Agentliyinin məlumatına görə, bu barədə Baş nazir Əhməd Davudoğlu tərəfindən qərar imzalanıb. Bildirilir ki, Zəfər bayramına aid mərasimlərin musiqisiz təşkil olunmasının səbəbi son aylar Kürd Fəhlə Partiyası (PKK) tərəfindən həyata keçirilən terror aktları nəticəsində çoxsaylı Türkiyə vətəndaşının şəhid olmasıdır.