Ukraynalı zabit heyran qaldı: S-300 "Bayraqdar"ı vurdu, sonra isə...

Ukraynalı zabit heyran qaldı:  S-300 "Bayraqdar"ı vurdu, sonra isə... backend

Ukrayna müdafiəçiləri “Bayraqdar TB2"nin keyfiyyətinə və onun zərbəni necə “əldə saxlama”sına heyran olublar.

Bu barədə Ukrayna ordusununn yüksək rütbəli zabiti “Tayms” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, PUA-nın bütün uçuş sistemi kopyalanıb və bu səbəbdən hətta ciddi zərbə görsə də, geri qayıda bilir.

Zabitin sözlərinə görə, bir dəfə Rusiyanın S-300 sistemi Zaporojye AES yaxınlığında “Bayraqdar”ı aşkar edib:

“Mən raket buraxılışını, yaxınlıqda partlayışı gördüm və əlaqəni itirdim. Çox təəssüfləndik, dronu itirdiyimizi düşündük. Lakin bir neçə saatdan sonra PUA möcüzə nəticəsində qayıtdı və aerodroma qəza enişi etdi. O, zədələnmişdi, lakin “yaşadı”. Sonradan PUA-nı təmir etdik və daha yaxşı iş görməyə başladı.

Həmçinin “Bayraqdar”ın “hava-hava” raketi ilə Rusiya təyyarəsini vurması hadisəsi məlumdur. PUA uçmağa davam etdi, operator əlaqəni kəsməyə məcbur oldu. Buna baxmayaraq, aparat ciddi zədələnmə ilə də olsa qayıda bilmişdi”.

Axar.az

loading...
Diaspora