“Belarusun 5 hərbi aerodromunda fəal şəkildə aviaməşq keçirilir”.
Report.az xəbər verir ki, məlumatı UNIAN yayıb.
Bildirilib ki, desant vərdişlərini artırmaq üçün Rusiyadan da Belarusa pilotlar gəlir. Belə ki, ölkənin Brest vilayətinin Baranoviç şəhərinə Rusiyadan 20 pilot gəlib:
“Onlar şəhərə Moskva-Brest marşrutu ilə adi qatarla gəlib. Rusiya hərbçilərinin adi sərnişin qatarı ilə Belarusa səfər etmələri ilk hadisə deyil. Aviaməşqlərdə iştirak edən rusiyalı hərbçilərin sayı artır”.
Qeyd edək ki, Belarus hakimiyyəti poliqonlarda hərbi təlimləri iyulun 16-dək davam etdirmək haqqında qərar qəbul edib.