G20 ölkələrinin XİN başçıları birgə bəyanatı razılaşdıra bilməyiblər

G20 ölkələrinin XİN başçıları birgə bəyanatı razılaşdıra bilməyiblər backend

Böyük İyirmilik (G20) ölkələrinin xarici işlər nazirləri İndoneziyanın Bali adasındakı görüşün yekunlarına dair birgə bəyanatı razılaşdıra bilməyiblər.

Onların arasında başlıca fikir ayrılığı Ukrayna ətrafındakı vəziyyətlə bağlı olub. Görüş iştirakçıları Ukraynadakı münaqişə və böhranla müşayiət olunan hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ortaq məxrəcə gələ bilməyiblər.

Həmçinin, görüş iştirakçılarının ənənəvi qrup şəkli də çəkilməyib.

Qeyd edək ki, Balidə G20 ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin görüşü iyulun 7-8-də keçirilib.//Oxu.az

loading...
Diaspora