Oxot dənizində 160 kilometr dərinlikdə 5,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC “ecoportal.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, yeraltı təkanın episentri İturup adasındakı Kurilsk şəhərindən 50 kilometr cənub-qərbdə qeydə alınıb. Təkanlar yaşayış məntəqələrində hiss olunmayıb.
Mətbuat xidməti əvvəllər İturup adası sahillərində 5,3 bal gücündə zəlzələ baş verdiyini bildirir.