Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abe vəfat edib.
TASS xəbər verir ki, bu barədə Yaponiyanın NHK televiziyası məlumat yayıb.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının nümayəndəsinin sözlərinə görə, S.Abe Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.
*****
09:48
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin vəfat etməsi xəbəri təsdiqini tapmayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, ölkənin hazırki hökumət başçısı Fumio Kişida bildirib ki, S.Abenin durumu ağırdır.
*****
Yaponiyanın silahlı hücüma məruz qalan sabiq Baş naziri Sindzo Abe vəfat edib.
Bu barədə Yaponiya KİV-i məlumat yayıb.
Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.
Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir.
Qeyd edək ki, Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Sindzo Abeyə çıxışı zamanı hücum edilib. Hadisə yerində azı iki atəş səsi eşidilib.
68 yaşlı Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.

