Yunanıstanda ilk dəfə Baş nazir postuna qadın keçib

Yunanıstanda ilk dəfə Baş nazir postuna qadın keçib backend

Yunanıstan prezidenti Prokopis Pavlopulos Ali məhkəmənin sədri Vasilika Tanu-Xristofilə ölkədə müvəqqəti hökumət qurmaq barədə göstəriş verib.



AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, V.Xristofil Yunanıstan tarixində Baş nazir postuna yüksələn ilk qadındır. Beləliklə də, məhz o, ölkədə parlament seçkilərinə hazırlıq görəcək.

Yunanıstanda 6 ildə artıq 5-ci dəfə keçiriləcək ümumxalq səsverməsi çox güman ki, sentyabrın 20-də baş tutacaq.

Xatırladaq ki, hökumət başçısı Aleksis Tsipras avqustun 20-də istefaya getdiyini elan edib. Hakim SİRİZA koalisiyasındakı sərt xətt tərəfdarları Yunanıstanın xarici borcları barədə xarici kreditorlarla sazişin əleyhinə çıxdıqdan sonra Tsipras parlamentdə üstünlüyünü itirmişdi.

Onun başçılıq etdiyi hakim SİRİZA partiyası bu ilin yanvar ayında parlament seçkilərinin qalibi olmuşdu. Partiyanın seçkiqabağı kampaniyası büdcə iqtisadiyyatında sərt tədbirlərdən imtina, ciddi islahatlar və dövlət xərclərinin qənaəti də daxil olmaqla, 3-cü yardım paketi şərtlərinin üzərində qurulmuşdu.

Analitiklərin versiyasına görə, Aleksis Tsipras partiyasının seçkilərdə yenidən qələbə çalacağına ümid edir, lakin bu dəfə parlamentə yalnız partiyanın hazırkı siyasətini dəstəkləyən üzvləri daxil olacaq.

Növbədənkənar seçkilərin keçiriləcəyi təqdirdə Tsiprasın hələ də yüksək olan reytinqi Baş nazir postuna mümkün namizədlər arasında onu favorit edir.
Diaspora