Fransada yəhudi qəbiristanlığında yüzlərlə məzar naməlum şəxslər tərəfindən təhqir edilib.
“Frans Press”in verdiyi məlumata görə, bunu Fransa daxili işlər naziri Bernar Kaznev deyib.Hadisə ölkənin şərqində - Sar-Yunyonda baş verib. Nəticədə 400-dək məzar təhqir olunub.
Cinayətkarların məsuliyyətə cəlb olunacağını deyən B. Kaznev baş verənləri antisemit və utancverici addım adlandırıb.