Avropanın daha bir ölkəsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib - YENİLƏNİB

Avropanın daha bir ölkəsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib -  YENİLƏNİB backend

Estoniya İsveç və Finlandiyanın NATO-ya qoşulması barədə protokolları ratifikasiya edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məqsədlə qanunverici orqanın növbədənkənar iclası çağırılıb.

Estoniyalı parlamentarilər qərarı yekdilliklə qəbul ediblər, əleyhinə və bitərəf olmayıb. Yalnız üç deputat səsverməyə qatılmayıb.

Qeyd edək ki, daha əvvəl Kanada və Böyük Britaniya da sənədi ratifikasiya etmişdi.

17:21

Böyük Britaniya İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass tviter səhifəsində yazıb.

Qeyd edək ki, ötən gün İsveç və Finlandiya XİN başçıları NATO-ya üzvlük protokollarını imzalayıblar. Sənədi ilk təsdiq edən dövlət Kanada olub.

Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.

Diaspora