Britaniyanın sabiq naziri niyə istefa etdiyini açıqladı

Britaniyanın sabiq naziri niyə istefa etdiyini açıqladı backend

Böyük Britaniyanın sabiq səhiyyə naziri Sacid Cavid istefa səbəbini açıqlayıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, dünən istefa verən Sacid Cavid bu gün parlamentdə istefası ilə bağlı çıxış edərkən bildirib ki, Boris Conson hökumətində xidmət etməklə öz fikirlərini itirmək riskinə hazır olmayıb və buna görə də istefa verib.

Sacid Cavid bunun təkcə şəxsi məsələ olmadığını, Mühafizəkarlar Partiyasının fəlsəfəsi və dəyərlərinin risk altında olduğunu bildirib. O, problemin yuxarıdan başladığını və bunun dəyişməyəcəyi qənaətinə gəldiyini də çıxışında qeyd edib.

Qeyd edək ki, Sacid Cavid Maykl Qovdan sonra Boris Conson kabinetinin ən təcrübəli üzvü idi.

O, Devid Kemeron, Tereza Meyin kabinetində də yüksək vəzifələrdə çalışıb.

Diaspora