Ukrayna sürətlə silahlanmağa başlayıb - Danilov

Ukrayna sürətlə silahlanmağa başlayıb - Danilov backend

“Ukrayna NATO standartlarına uyğun olaraq sürətlə silahlanır”.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov tviter səhifəsində yazıb.

“Müdafiə qüvvələrimiz fasiləsiz olaraq Qərb silahları və texnologiyaları ilə təmin olunur. Bir milyona yaxın ukraynalı hərbi təcrübə əldə edir. “Putinin planı” qrafikə uyğun olaraq davam edirmi? Ukraynanın döyüş keyfiyyəti, şübhəsiz ki, Rusiyanın kəmiyyətindən üstün olacaq. Tərəfdaşlarımıza təşəkkür edirik”, - o bildirib.

Diaspora