Rusiyanın itkiləri açıqlandı - 133-cü gün...

Rusiyanın itkiləri açıqlandı - 133-cü gün... backend

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 36 300 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1600 tank, 3789 zirehli maşın, 812 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 107 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 187 helikopter, 664 operativ-taktiki PUA, 153 qanadlı raket, 15 gəmi/qayıq, 2648 avtomobil və avtoçən, 65 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Slavyansk istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Diaspora