KİV: Çin lideri Putinin dəvətini qəbul etməyib

KİV: Çin lideri Putinin dəvətini qəbul etməyib backend

Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya səfər dəvətindən imtina edib.

Çin Kommunist Partiyasının rəhbəri etiraf edib ki, koronavirus pandemiyası səbəbindən yaxın gələcəkdə qonşu ölkəyə getmək onun üçün çətin olacaq.

“Radio Free Asia”nın (RFA) məlumatına görə, onların arasında söhbət 2022-ci il iyunun 15-də baş tutub. Rusiya lideri Si Cinpini telefon danışığı zamanı ölkəsinə dəvət edib.

Eyni zamanda, Putinin diplomatik praktikaya uyğun olaraq Çin liderinə dəvət göndərdiyi bildirilir. Bu, Pekin Olimpiadasında iştirak etmək təklifinə cavab olaraq baş verib.

Yaponiyanın “Yomiuri Shimbun” nəşri Çin hökumətindəki mənbələrə istinadən qeyd edir ki, Putin Cinpinin səfərindən ABŞ və Avropa ölkələri ilə münaqişələrin dərinləşməsindən qaçmaq üçün istifadəyə ümid edir.

loading...
Diaspora