ABŞ Özbəkistan Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş 328 zirehli maşının tədarükünü başa çatdırıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə işlər üzrə köməkçisi Deniel Rozenblyum bildirib.
“Sizə məlum “MRAPs” tipli zirehli maşınların tədarükünə ötən qışdan başlanılıb, yazda davav edib və hazırda başa çatıb”, deyə Rozenblyum bildirib. Onun sözlərinə görə, qeyd olunan texnikanın istismarı üçün Özbəkistan hərbçilərinə xüsusi təlim keçiriləcək.Qeyd edək ki, söhbət 308 ədəd “Mine-Resistant Ambush Protected vehicles” (MRAPs) tipli iri qabaritli zirehli maşından və 20 ədəd zirehli təmir-təxliyə maşınından gedir.
Qeyd edək ki, Özbəkistanda səfərdə olan Deniel Rozenblyum Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşüb. Görüşdə bir sıra beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə xüsusi diqqət Əfqanıstandakı vəziyyətə və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə yetirilib.