Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə Peskovdan açıqlama

Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə  Peskovdan açıqlama backend

"Taxıl daşıyan Rusiya gəmisinin Türkiyədə saxlanılması barədə Kremlin məlumatı yoxdur".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təəssüf ki, Kremldə bu məlumat yoxdur. Düşünürəm ki, Nəqliyyat Nazirliyinə və ya Xarici İşlər Nazirliyinə müraciət etmək məqsədəuyğundur, çünki Türkiyə tərəfi, şübhəsiz ki, gəmi saxlanıldığı təqdirdə, əgər belə bir şey olubsa, səfirliyimizə və baş konsulluğumuza məlumat verməlidir", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dünən “Reuters“ Türkiyə tərəfinin Ukrayna taxılını daşıyan Rusiya gəmisini saxladığı barədə məlumat yayıb.

APA

Diaspora