Mirziyoyev Nukusda müşavirə keçirdi - FOTO

Mirziyoyev Nukusda müşavirə keçirdi - FOTO backend

İyulun 3-də yenidən Nukus şəhərinə səfər edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qaraqalpaq Respublikasının bütün bölgələri ilə videokonfrans vasitəsilə müşavirə keçirib.

Bu barədə "Qazeta.uz" məlumat yayıb.

Müşavirə zamanı rayonların hakimləri və hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, asayişin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, dövlət başçısının dünənki müraciətindən sonra vəziyyət stabilləşib.

Özbəkistan Milli Qvardiyasının rəisi Rüstəm Jurayev hazırkı vəziyyətlə bağlı məruzə edərək vəziyyətin tam nəzarətə götürüldüyünü qeyd edib.

Daha sonra Mirziyoyev Nukus şəhərinin Jeketerek məhəlləsində olub, sakinlərlə görüşüb.

Diaspora