Misir ordusu bu gün səhər Liviyaya havadan zərbə endirib. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Qahirə hakimiyyətindən verilən rəsmi açıqlamada isə qeyd olunur ki, Misir ordusu Liviyadaki “DAEŞ” terror təşkilatının hədəflərinə hücum edib.
Misir prezidenti Sisi mətbuat konfransı keçirərək bildirib ki, “DAEŞ” tərəfindən Liviyada 21 misirli öldürülüb: “Bununla əlaqədar, rəsmi Qahirə qətlə yetirilmiş vətəndaşlarının qisasını alacaq".