"Rusiya terrorun sponsoru olan dövlət kimi tanınmalıdır..."

"Rusiya terrorun sponsoru olan dövlət kimi tanınmalıdır..." backend

"Dinc şəhərlərə qarşı "raket terroru" taktikasını rusiyalı hərbçilər çeçen kampaniyaları zamanı və Suriyada tətbiq edib"

 

"Rusiya Ukraynanı sonadək sıxacaqsa, Avropa özünü müdafiə edə bilən vahid dövlətlər birliyi kimi mövcud olmayacaq"

 

"Rusiyanın yeni taktikasını HHM və RƏM sistemləri ilə asanlıqla sındırmaq olar və Qərb bu işdə yardım etməlidir"

 

Rusiya müharibənin aparılmasının yeni taktikasından-dinc şəhərlərə qarşı "raket terroru"ndan istifadə edir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Ukraina 24" telekanalına verdiyi müsahibəsində bəyan edib.

 

Məlumatda deyilir ki, bu, Ukrayna hökumətinin qorxuya düşən insanların təzyiqi altında Moskvaya güzəştə getməsi üçün edilir.

 

"Sivil dünya Rusiya ilə təkcə iş görmək mümkün olmadığını deyil, onu, ümumiyyətlə, terrorun sponsoru olan dövlət kimi tanımaq zərurətini anlamağa başlayıb.

Məhz buna görə də təcavüzkar Ukraynaya və Qərbə təsir göstərməyin yeni taktikasını düşünüb", - Mixail Podolyak belə deyib.

 

O, qeyd edib ki, rusiyalılar digər ölkələrin siyasi bazarlarına ona görə pul yatırırlar ki, onlar da desinlər: "Gəlin, müharibəni hansı yolla olursa-olsun dayandıraq, gəlin, müəyyən ərazi güzəştlərinə gedək".

 

"Rusiyada deyildiyi kimi, ölkə "dayanmaq bilmir", ona görə də gərginliyin artırılması yolu ilə getməkdə davam edəcək. Eyni zamanda, bu, o deməkdir ki, getdikcə dünyanı qorxudacaq daha çox və birbaşa cinayətlər törədiləcək", - müşavir qeyd edib.

 

Lakin, onun sözlərinə görə, bu, alınmayacaq, çünki rusiyalılar qanadlı raketlərlə edilən bu qeyri-insani hücumlara dünyanın necə münasibət göstərməsini nəzərə almır. Həm də, Podolyakın bəyan etdiyi kimi, bu taktikanı sındırmaq asandır. Bu işdə Qərb ölkələri yardım göstərməlidir.

 

"Bizə təkcə hava hücumundan müdafiə  sistemləri deyil, raket əleyhinə müdafiə sistemləri də lazımdır. Və onlar bizə veriləcək, çünki Rusiyanın müharibənin yeni taktikasını sındırmaq üçün bu, həlledici amildir", - Podolyak belə deyib.

 

Bu zaman o, məlumat verib ki, Rusiya Ukraynaya qarşı daima müharibənin müxtəlif formatlarından istifadə edərək, ərazi uğrunda deyil, konkret dövləti məhv etmək uğrunda döyüşür.

 

"Əgər Rusiya Ukraynanı sonadək sıxacaqsa, o zaman Avropa özünü müdafiə edə bilən vahid dövlətlər birliyi kimi mövcud olmayacaq. Bu, Rusiyanın məqsədidir", - müşavir bəyan edib.

 

Qeyd edək ki, Rusiya üçün mülki obyektlərin məhv edilməsi taktikası yeni deyil, rusiyalı hərbçilər çeçen kampaniyaları zamanı və Suriyada eynilə bu cür davranış sərgiləyib.

loading...
Diaspora