Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı

Rusiyalı alim vətənə xəyanətə görə saxlanıldı backend

Rusiyalı alim Dimitri Kolker Çinlə əməkdaşlıq etdiyinə görə dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Novosibirsk Dövlət Universitetinin Kvant Optik Laboratoriyasının rəhbəri olan alimin Çin kəşfiyyatına dövlətin məxfi məlumatlarını verdiyi iddia edilib.

Kolkerin oğlu atasının Çində keçirilən beynəlxalq konfransda verdiyi mühazirələrə görə saxlanıldığını iddia edib. O, həmçinin qeyd edib ki, kursun məzmununa Rusiya Federal Təhlükəsizlik Xidmətinin FTX-si nəzarət edir.

Bildirilib ki, Dimitri Kolker özəl klinikalardan birində xərçəngin 4-cü mərhələsində müalicə olunarkən nəzarətə götürülüb.

Alimin günahı sübuta yetirilərsə, onu 12 ildən 20 ilədək həbs cəzası gözləyir.

Diaspora