ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək

ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək backend

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların aradan qaldırılması üçün rəsmi Vaşinqton və Tehran təmsilçiləri arasında Qətərin paytaxtı Dohada aparılan danışıqlar davam etdiriləcək.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, müzakirələrdəki fasilə ABŞ Prezidenti Cozef Baydenin Yaxın Şərqə səfəri ilə bağlıdır.

Ağ ev rəhbərinin səfəri başa çatandan sonra ABŞ və İran arasında danışıqların bərpa ediləcəyi gözlənilir.

Qeyd edək ki, C.Bayden iyulun 13-16-da İsrailə və Fələstinə səfər edəcək. Bu ziyarət zamanı İranın nüvə proqarmı və bunun ətrafında yaranmış durum müzakirə ediləcək.

Xatırladaq ki, iyunun 28-29-da Dohada ABŞ-la İran nümayəndələri arasında birbaşa olmayan görüş keçirilib.

Diaspora