Özbəkistan İŞİD-lə döyüşən koalisiyaya dəvət aldı

Özbəkistan İŞİD-lə döyüşən koalisiyaya dəvət aldı backend

ABŞ Özbəkistana İŞİD terror qruplaşmasına qarşı koalisiyaya qoşulmağı təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ilə işlər üzrə köməkçisi Deniel Rozenblyum bildirib.



“Biz Özbəkistandan və bir çox digər ölkələrdən İŞİD-ə qarşı koalisiyaya qoşulmağı xahiş etdik. Koalisiya tək hərbi əməliyyatlar deyil, həmçinin İŞİD-in maliyyələşdirilməsi ilə mübarizə, sərhədlərdən keçmə barədə məlumatların mübadiləsi və s. vəzifələri reallaşdırır”, deyə Rozenblyum bildirib.

Deniel Rozenblyum Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşüb. Görüşdə bir sıra beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılıb. Görüşdə xüsusi diqqət Əfqanıstandakı vəziyyətə və hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı məsələlərə yetirilib.
Diaspora