Rusiyada koronavirus məhdudiyyətləri ləğv edilir

Rusiyada koronavirus məhdudiyyətləri ləğv edilir backend

Rusiyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər ləğv edilir.

Bunu Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, ehtiyac yaranarsa, məhdudiyyətlər bərpa oluna bilər.

Xatırladaq ki, indiyədək Rusiyada 18 430 239 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 381 112 nəfər ölüb, 17 858 217 nəfər sağalıb. Hazırda ölkədə 190 910 aktiv COVID-19 xəstəsi var.

Diaspora