İsveç və Finlandiya NATO-ya qəbulla bağlı protokolu imzalayacaq - Tarix AÇIQLANDI

İsveç və Finlandiya NATO-ya qəbulla bağlı protokolu imzalayacaq -  Tarix AÇIQLANDI backend

NATO rəhbərliyi İsveç və Finlandiyanın Alyansa daxil olmasına dair protokolu gələn çərşənbə axşamı, iyulun 5-də imzalayacaq.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq cümə axşamı açıqlama verib.

“Biz çərşənbə axşamı günü Finlandiya və İsveçin xarici işlər nazirlərinin iştirakı ilə ölkələrin qəbulu ilə bağlı protokolu rəsmən imzalayacağıq”, - deyə o bildirib.

Eyni zamanda o vurğulayıb ki, NATO liderləri bu ölkələri Alyansa dəvət etmək barədə qərarı bir gün əvvəl, iyunun 29-da təşkilatın sammiti zamanı veriblər.

Mənbə: İnterfaks / Oxu.az

Diaspora