"Putin sadəcə maço görünmək istəyir" - Böyük Britaniyanın müdafiə naziri

"Putin sadəcə maço görünmək istəyir" -  Böyük Britaniyanın müdafiə naziri backend

“Rusiya diktatoru Vladimir Putin “balaca adam” sindromundan əziyyət çəkir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles” LBC” radiostansiyasının efirində bildirib.

"Putinin özünə və dünyaya baxışı “balacaboy kişi” sindromudur, bir maço baxışıdır. Siz "kiçik qadın sindromu" ifadəsini nadir hallarda eşidirsiniz. Siz həmişə balaca kişi sindromunu eşidirsiniz və onda bu, hədsiz dərəcədə yüksəkdir",-deyə nazir izah edib.

O, Putinin açdığı müharibədə ukraynalıların qalib gəldiyini vurğulayıb. Nazirin fikrincə, Rusiya bir sıra strateji məğlubiyyətlərə düçar olub.

"Rusiya bütün əsas məqsədlərinə nail ola bilməyib. İndi onlar Ukraynanın şərqinin kiçik bir hissəsində böyük itkilərlə bir neçə gündə cəmi bir neçə yüz metr irəliləyə bilirlər”,-deyə o, qeyd edib.

Ben Uolles Kremlin Rusiyanı bütün dünyanın gözü qarşısında alçaldığını bildirib.

Müdafiə naziri Britaniya ordusunun gücləndiriləcəyinin də anonsunu verib.

"Təhlükə dəyişir və 2024-cü ilə qədər biz müdafiə xərclərimizi artırmağı düşünməliyik. İndi bizim 79 min yüksək səviyyədə təlim keçmiş əsgərimiz var. Mən həmişə qoşunlarımızın lazımi şəkildə təchiz olunması, yüksək müdafiə qabiliyyətinə malik olması üçün çalışacağam.

loading...
Diaspora