Hakerlər irimiqyaslı hücumla banklardan milyard dollar götürüblər
Hakerlərin Carbanak əməliyyatı nəticəsində kiber cinayətkarlar dünyadakı 100 maliyyə təşkilatlarından milyard dollara yaxın pul oğurlaya biliblər. Qazilər.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hücum iki il ərzində baş tutub. Mütəxəssislər güman edir ki, əməliyyat beynəlxalq qrup tərəfindən hazırlanıb. Bura Rusiyadan, Ukraynadan, Avropa ölkələrindən, həmçinin Çindən olan kiber cinayətkarlar daxildir.