Bolqarıstan Rusiyanın Sofiyadakı diplomatik missiyasının 70 əməkdaşını persona non-qrata elan edəcək.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstanın "Dnevnik" portalı Baş nazir Kirill Petkova istinadən məlumat yayıb.
“70 yerlik təyyarənin bazar günü Moskvaya dönəcəyini gözləyirik” - deyə, o bildirib.
Portalın məlumatına görə, Rusiyanın Sofiyadakı səfirliyində 150-yə yaxın diplomatik işçi çalışır, ona görə də bu qərar əməkdaşların yarıya qədər ixtisar edilməsi deməkdir.