Türkiyə, İsveç və Finlandiya üçtərəfli memorandum imzaladı - FOTO

Türkiyə, İsveç və Finlandiya üçtərəfli memorandum imzaladı - FOTO backend

Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Qeyd edək ki, NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.

NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson arasında baş tutan görüş iki saat davam edib.

Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.

loading...
Diaspora