Ərdoğan Baydenlə ABŞ-ın Suriyada terrorçulara verdiyi dəstəyi müzakirə edib - YENİLƏNİB

Ərdoğan Baydenlə ABŞ-ın Suriyada terrorçulara verdiyi dəstəyi müzakirə edib -  YENİLƏNİB backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə NATO sammiti çərçivəsində ABŞ lideri Co Bayden ilə bu ölkənin Suriyada terrorçulara göstərdiyi hərbi və maddi dəstəyi müzakirə edəcək.

Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu, o, NATO-nun sammitə yola düşmədən öncə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu mövzuya həmkarı ilə bu gün apardığı telefon danışığı zamanı da toxunub.

Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyadakı terrorçulara göndərdiyi silahlar Türkiyəyə qarşı istifadə edilir.

***

12:46

Bu sabah ABŞ Prezidenti Co Bayden ilə telefon danışığımız oldu.

Apa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, NATO-nun Madrid Sammitində ABŞ lideri ilə görüşəcəyini də diqqətə çatdırıb.

Diaspora