Avropa İttifaqı - İran müzakirələri yenidən başlayacaq

Avropa İttifaqı - İran müzakirələri yenidən başlayacaq backend

“Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı müzakirələri yenidən başlayacağıq”.

Bunu Tehranda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Tehrana səfərinin bir əsas məqsədi var: "O da budur ki, müzakirələrin dalana dirənməsinin qarşısını alaq. Gərginlikləri aradan qaldıraq və danışıqları davam etdirək".

O qeyd edib ki, yaxın günlərdə müzakirələrin yenidən başlanmasına qərar verilib: “Artıq 3 ay keçib, işləri sürətləndirməliyik".

Keçirilən mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinin müzakirələri yenidən başlamağa hazır olduğunu deyib.

"Cənab Borellə müsbət və hərtərəfli, İranın istəkləri haqqında geniş və dəqiq söhbətimiz oldu. Cənab Borellə yaxın günlərdə müzakirələri başlamağa hazır olduğumuzu bildirdik."

İran XİN başçısı qeyd edib ki, yeni dövr müzakirələrdə problemlər və ixtilafları aradan qaldırmağa çalışacaqlar. (APA)

Diaspora