Türkiyənin Hakkari vilayətinin Yüksekova şəhərində polislə toqquşma zamanı küçə iğtişaşlarında iştirak edən 3 nəfər həlak olub, 7 nəfər isə yaralanıb. Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə vilayətdən parlamentə deputat seçilən Abdulla Zeydan deyib.
Polislə iğtişaşçılar arasında toqquşma ötən gecə baş verib. İğtişaşçılar arasında PKK döyüşçüləri də olub. Komendant saatına baxmayaraq, yüzlərlə insan, həmçinin silahlılar küçələrə çıxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma partlayıcı qurğular və güllə səsləri ilə müşayiət olunub. İğtişaşda iştirak edənlərin dağıdılması zamanı polis odlu silahdan, eləcə də su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.