Bu il planşetlərin tədarükü 8 faiz azalacaq

Bu il planşetlərin tədarükü 8 faiz azalacaq backend

“IDC” tədqiqat şirkəti 2015-ci ildə dünyada planşetlərin satışı üzrə proqnoza düzəliş edib. Cari ildə bu qurğuların, o cümlədən planşet kimi istifadəsi mümkün olan ekranı çıxarılıb-taxılan hibrid noutbukların tədarük həcminin 8 faiz azalacağı gözlənilir. Əvvəlki proqnoz 3,8 faiz olub.



Bu il dünyada ümumilikdə bir il əvvəlki 230 milyonla müqayisədə 212 milyon belə qurğunun satılacağı proqnozlaşdırılır. 2019-cu ilədək satış həcminin ortaillik tempinin 0,7 faiz təşkil edərək 239 milyona çatacağı gözlənilir.

Bununla yanaşı, şirkət 2015-ci ildə hibrid noutbukların satışının kəskin artımını (86,5 faiz - 14,7 milyonadək) proqnozlaşdırır.

“Əvvəllər hibrid noutbukların əsas problemi qiymətlərin yüksək olması, cəlbedici olmayan dizayn və əksər belə qurğularda quraşdırılan “Windows 8” əməliyyat sistemindən istifadə etməmək istəyi idi. İndi bazara yeni istehsalçılar (iki il əvvəl onların sayı 14 idisə, indi bu göstərici 40-a çatıb) çıxıb ki, bu da qiymətlərin xeyli ucuzlaşmasına imkan verib. Bundan başqa, “Microsoft” yeni “Windows 10” əməliyyat sistemini istifadəyə verib, həmçinin "Android” sistemli yeni qurğuların çıxması gözlənilir”, - “IDC” analitiki Rayan Rit bildirib.

Planşetlər üçün planşet platformaları baxımından 2019-cu ildə lider ümumilikdə "Android” olaraq qalacaq. “Google” şirkətinin əməliyyat sisteminin bazar payı 56,6 faiz təşkil edəcək. “iOS” sisteminin payının cüzi artaraq 25,9 faiz olacağı gözlənilir. "Windows” əməliyyat sistemi iki dəfədən çox (2019-cu ildə 2015-ci ildəki 8,4 faizdən 17,5 faizədək) artım nümayiş etdirəcək, - “Delo” yazır.
Diaspora