Türkiyədə meşələri yandıran şəxsin atası: “Kaş o öləydi...”

Türkiyədə meşələri yandıran şəxsin atası:  “Kaş o öləydi...” backend

Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin atası danışıb.

Türkiyə mətbuatında adı şərti olaraq K.A qeyd olunan kişi oğlunun əməlini hiddətlə qarşıladığını bildirib.

“Kaş o öləydi, amma meşə yanmazdı” – deyə ata söyləyib.

Kişi əlavə edib ki, o arıçılıqla məşğuldur və oğlunun törətdiyi yanğın nəticəsində onun da təsərrüfatı zərər görüb.

“Oğlunuzdan bunu gözləyirdinizmi?” sualını cavablandıran ata onu sakit və fağır şəxs kimi qələmə verib:

“Sakit insan idi. Axşam saat 9-10-da yatar, səhər 9-da yuxudan qalxardı. Əsəbi və ya aqressiv insan olmayıb. Mən onun bu əməlindən sonra darmadağın olmuşam”.

Mənbə: Ahaber / Oxu.az

loading...
Diaspora