“SOCAR Turkey Enerji” şirkəti TANAP qaz boru kəmərinin səhmlərinin 7 faizini əldə etmək niyyətindədir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu barədə jurnalistlərə “SOCAR Turkey Enerji”nin prezidenti Kənan Yavuz deyib.
Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan - Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinədək nəqlini nəzərdə tutur.
TANAP boru kəmərinin ilkin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edəcək.